"Qarabağ" hazırlıqlara başlayıb

29 Sentyabr 2010 00:28 (UTC+04:00)

"Qarabağ" klubu "Qəbələ" ilə oyundan sonra hazırlıqlara başlayıb. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, artıq Bakıya qayıdan komanda istirahət edib. Dünəndən isə komanda həftəsonu keçiriləcək "Turan"la oyunun  hazırlıqlarına start verib Dünən "Qarabağ" Suraxanıya yollanıb. Səhər məşqi saat yarım çəkib. Bu gün isə komanda  2 dəfə məşq edəcək.

 Oktyabrın 1-nə qədər hazırlıqlarını Bakıda davam etdirəcək Ağdam təmsilçisi həmin gün Tovuza yollanacaq.