Əfqanıstanın Pərvan əyalətində intiharçı-terrorçu NATO hərbçilərinin yanında özünü partladıb. Trend-in məlumatına görə, hadisə nəticəsində bir neçə hərbçi, eləcə də dinc sakinlər xəsarət alıb.
Hərbçilərin vəziyyətinin yüngül olduğu deyilir. Dinc sakinlərin vəziyyəti barədə məlumat verilməyib.