Bankların xarici öhdəlikləri 90,6 mln. manat artıb

9 Sentyabr 2017 11:13 (UTC+04:00)

Kommersiya banklarının xarici öhdəliklərinin həcmi 5 ay davam edən azalmadan sonra artım nümayiş etdirib.

SİA Mərkəzi Banka istinadən xəbər verir ki, avqustun 1-nə bankların xarici öhdəliklərinin həcmi 6 891 mln. manat təşkil edib. Hansı ki iyul ayının 1-nə bu rəqəm 6800.4 mln. manat olub. Bir ayda bankların xarici öhdəlikləri 90,6 mln. manat və yaxud 1,33% artıb.

Keçən ilin analoji dövrünə nisbətən bankların xarici öhdəlikləri 442,7 mln. manat və yaxud 6,86% çoxalıb.