2017-ci ilin avqust ayı ərzində 2 milyon 531 min 737 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıbdır. SOCAR-dan SİA -ya verilən məlumata görə, (Bu həcmin 1 milyon 733 min 485 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edibdir). Cari ilin yanvar-avqust aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi 17 milyon 239 min 539 ton təşkil edibdir.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2017-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 337 milyon 74 min 138 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıbdır.