Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət təşkil edilib

28 Sentyabr 2010 10:06 (UTC+04:00)

Sentyabrın 27-də Daşkənddə Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət təşkil edilib.

SİA-nın məlumatına görə, dövlət başçıları ziyafətdə nitq söyləyiblər.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana rəsmi səfəri davam edir.