Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığması növbəti yoxlama matçına çıxıb. SİA-nın məlumatına görə, baş məşqçi Faiq Qarayevin yetirmələri Milan şəhərində İtaliya millisi ilə qarşılaşıblar.
Görüş 3:0 (18:25, 23:25, 24:26) hesabı ilə meydan sahiblərinin xeyrinə yekunlaşıb.
Qeyd edək ki, komandamızın İtaliya ilə daha bir neçə yoxlama oyunu keçirməsi nəzərdə tutulub.