DÇ-2018-in seçmə mərhələsində Venesuela yığması ilə qarşılaşan Argentina millisi 1:1 hesablı heç-heçəyə razılaşıb. Oyunun 25-ci dəqiqəsində Anhel Di Maria zədələndiyinə görə əvəz olunub.
SİA-nın məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi bununla özünəməxsus rekord müəyyənləşdirib. O, milli komandanın ən çox əvəzlənən futbolçusudur. 88 oyunda meydana çıxan Di Maria bunun 45-də tam oynamayıb.