Gəncədə ev əşyaları ilə birlikdə yandı

6 Sentyabr 2017 10:04 (UTC+04:00)

Gəncədə yangin hadisəsi qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Mikayıl Muşfiq küçəsində qeydə alınıb. Ümumi sahəsi 170 kvm olan ev tamamilə yanıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Hadisənin səbəbləri araşdırılır

İ.Məmmədov