Piyadanı vuran avtomobilin 78 yaşlı sürücüsü hadisə yerindən qaçıb

27 Sentyabr 2010 21:24 (UTC+04:00)

Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. İşi araşdıran Lənkəran rayon Polis Şöbəsinin müstəntiqi Rövşən Rəşidovun SİA-nın cənub bürosuna verdiyi məlumata görə, qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

 

Hadisə gecə, təqribən saat 21:40 radələrində rayonun Kərgəlan kəndi ərazisində baş verib. Lənkəran rayon sakini, 78 yaşlı Abbasov Əmrah Əmənulla oğlu ona məxsus olan VAZ 21011 markalı 42 BE 920 dövlət nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən piyada, Lənkəran rayon sakini 22 yaşlı Miriyev Mirmahir Mirtahir oğlunu vurub. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb. Yaralı dərhal yaxınları tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qəbul şöbəsinin həkimi Elmar Abdullayevin verdiyi məlumata görə, yaralının vəziyyəti ağırdır.

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili tapmaq mümkün olub.

Hazırda sürücünün saxlanılması istiqamətində işlər davam etdirilir. Faktla bağlı araşdırma aparılır.