Faiq Ağayev narkozdan ayılıb- SON XƏBƏR

27 Sentyabr 2010 21:23 (UTC+04:00)
Xalq artisti Faiq Ağayevi yaralayan şəxslər artıq bəllidir. Bunu hadisə yerində olan SİA-nın əməkdaşı bildirib. Məlumata görə, hadisəni 6 nəfər törədib. Hal-hazırda F.Ağayev reanimasiyada narkozdan ayılıb. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu bildirirlər.
F.Ağayevin dostlarından Murad Dadaşov, Ədalət Şükürov və digər tanınmış şəxslər xəstəxanadadırlar.
Müğənnini əməliyyat edən cərrah Mirzəli İsmayılov və cərrahiyyə şöbəsinin müdiri Ədalət Dadaşov jurnalistlərə heç bir açıqlama vermir.
F.Ağayevin avtomobili polis bölməsinə aparılıb.