Prezident İlham Əliyev Özbəkistana rəsmi səfərə yola düşüb

27 Sentyabr 2010 20:59 (UTC+04:00)

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Özbəkistana rəsmi səfərə yola düşüb.

SİA-nın məlumatına görə, dövlət başçısını Heydər Əliyev beynəlxalq hava limanında baş nazir Artur Rəsizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.