Arakanda yandırılan müsəlman kəndlərin peyk görüntüləri yayılıb!

2 Sentyabr 2017 23:15 (UTC+04:00)

Arakanda yandırılan müsəlman kəndlərin peyk görüntüləri yayılıb. Axar.az xəbər verir ki, yeni peyk görüntüləri Şimali Arakanda durumun düşündüyümüzdən daha pis olduğunu göstərir.

“Bura yanğının aşkarlandığı 17 ərazidən yalnız biridir. Yağışların çox yağdığı kənddə belə bir yanğının çıxması bu olayın qəsdən törədildiyinə əsas verir”, - deyə İnsan haqları İzləmə Təşkilatının Asiya direktoru Fil Robertson bildirib.