Gəncə sakini Göygöldə qətlə yetirilib

2 Sentyabr 2017 16:36 (UTC+04:00)

Göygöl rayonunda qətl hadisəsi törədilib. Hadisə rayonun Hacıməlikli kəndi ərazisində qeydə alınıb. Gəncə sakini 1986-cı il təvəllüdlü Məmmədov Tural Faləddin oğlu bıçaqlanaraq qətlə yetirilib.

Qətli törədən şəxs hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.