İran prezidentinin iqtisadi və nəzarət üzrə müavini Azərbaycana gəlir

27 Sentyabr 2010 19:35 (UTC+04:00)

İran prezidentinin iqtisadi və nəzarət üzrə müavini Əli Ağaməhəmmədinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Bakıya işgüzar səfərə gəlir. İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək.

 

Görüşlərdə ikitərəfli iqtisadi əlaqələr, xüsusilə bank sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunacaq, anlaşmalar imzalanacaq.