Bu aparıcımızın da başına oyun açdılar

30 Avqust 2017 09:28 (UTC+04:00)

Aparıcı Azər Zahidin "İnstagram" hesabı türk hakerlər tərəfindən ələ keçirilib. SİA-nın məlumatına görə, teleaparıcının hesabı geri qaytarılıb. Azər bu işdə ona kömək olan dövlət qurumlarına təşəkkürünü bildirib: "Sağ olsun dövlət qurumları. Buna son qoymaq məndən başladı. İnşAlllah ciddi nəzarətə götürərlər. Çünki hər kəsin hesabı şəxsidir".

Qeyd edək ki, A.Zahidin bir çox paylaşımları hakerlər tərəfindən silinib.