Unibank Premyer Liqasının VII turunun oyunları keçirilib - NƏTİCƏLƏR

27 Sentyabr 2010 18:43 (UTC+04:00)

Unibank Premyer Liqasının VII turunun oyunları keçirilib. SİA-nın məlumatına görə, turun gözlənilməz nəticəsi "Gəncə" - İnter" matçında olub. Belə ki, son çempion Gəncənin eyni adlı komandasına səfərdə məğlub olub. Gəncəlilər rəqibdən minimal fərqlə üstün olublar.

Digər maraqlı matçda - "Xəzər Lənkəran" - "Neftçi" oyununda isə meydan sahibi 1 qolla rəqibi məğlub edib.

Oyunların nəticələrini nəzərinizə çatdırırıq:

"Qəbələ" - "Qarabağ" 2 : 1

"Muğan" - "Simurq" 1 : 0

"Xəzər Lənkəran" - "Neftçi" 1 : 0

AZAL - MOİK 2 : 0

"Gəncə" - "İnter" 1 : 0

Turun "Bakı" - "Turan" oyunu isə güclü yağış səbəbindən T.Bəhramov adına Respublika stadionunun ot örtüyü pis vəziyyətə düşdüyünə görə təxirə salınıb. Oyun bu gün saat 18:00-da keçiriləcək.

Turnir cədvəli

Komanda O Q H M Qollar Xallar


1 "Xəzər Lənkəran" 7 5 2 0 8-0 17
2 "Neftçi" 7 5 1 1 14-2 16
3 AZAL 7 4 2 1 8-5 14
4 "İnter" 7 4 1 2 6-3 13
5 "Muğan" 7 2 3 2 6-6 9
6 "Qarabağ" 6 2 2 2 6-4 8
7 "Gəncə" 7 1 5 1 6-8 8
8 "Qəbələ" 7 2 1 4 4-7 7
9 "Bakı" 5 1 2 2 6-7 5
10 MOİK 7 1 1 5 3-12 4
11 "Turan" 6 0 3 3 4-9 3
12 "Simurq" 7 0 3 4 5-13 3