Əsgərlik Şöbəsində 1 əsgər şəhid olub

26 Sentyabr 2010 19:41 (UTC+04:00)

Türkiyənin Aydın şəhərinin Söke bölgəsində yerləşən Əsgərlik Şöbəsində keşik çəkən əsgərə hələ şəxsiyyəti məlum olmayan şəxs tərəfindən atəş açılıb. SİA-nın məlumatına görə, açılan atəş nəticəsində əsgər Hakan Selekkaya ağır yaralanıb.

Sökə Fehmi Faiq Kocagöz Dövlət Xəstəxanasında müalicə altına alınan yaralı əsgərin bütün səylərə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.