Yığmamız İtaliya və Ukrayna komandalarına məğlub olub

28 Avqust 2017 13:02 (UTC+04:00)

Almaniyanın Varnemunde şəhərində Avropa çempionatının ikinci seçmə mərhələsində iştirak edən çimərlik futbolu üzrə Azərbaycan millisi daha iki oyun keçirib. SİA-nın məlumatına görə, İtaliya və Ukrayna yığmaları ilə qarşılaşan futbolçularımız, müvafiq olaraq, 2:3 və 3:4 hesabı ilə məğlub olublar.

Bu mərhələnin birinci oyununda millimiz Almaniya yığmasına 3:0 hesabı ilə qalib gəlmişdi.