Miçel Madera: "Nəticə əldə etməyə çalışacağıq" AÇIQLAMA

28 Avqust 2017 09:44 (UTC+04:00)

"Əlbəttə, bilirdik ki, "Qəbələ"ylə çətin qarşılaşma olacaq. “Kopenhagen”lə ağır görüşdən sonra fiziki səviyyədə güclü olan komandaya qarşı oynadıq. Komandamız özünü yaxşı göstərdi". SİA-nın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Miçel Madera deyib.

Klubun rəsmi "Facebook" səhifəsinə verdiyi açıqlamada ispan futbolçu Çempionlar Liqasının son püşkatmasına da münasibət bildirib: “Aydın məsələdir ki, çətin qrupda yer almışıq. Üstəlik “Atletiko” son 3 ildə 2 dəfə ÇL-in finalında oynayıb. Təcrübəli komandalardır. Rəqiblərimizlə oyunlar səfərdə çox çətin olacaq. Ancaq doğma divarlar arasında azarkeşlərimizin dəstəyilə nəticə əldə etməyə çalışacağıq".