Marneulidə yanğın baş verib

28 Avqust 2017 00:02 (UTC+04:00)

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Şaumyan kəndində meşədə yanğın baş verib. APA-nın məlumatına görə, hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb olunub.

Yerli sakinlər də yanğının söndürülməsində iştirak edir. Rayon rəhbərliyindən bildirilib ki, yanğının yayılma təhlükəsi yoxdur.