Türkmən şəhərini tərk edən sakinlərin sayı açıqlandı

27 Avqust 2017 18:16 (UTC+04:00)

İraqın Tall-Afar şəhərini 40 minə yaxın dinc sakin tərk edib. RİA Novosti-nin verdiyi məlumata görə, bu haqda BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik bildirib.

Məlumata görə, sakinlər şəhərin İŞİD yaraqlılarından azad edilməsi üzrə hərbi əməliyyatların başlamasından sonra şəhəri tərk etməyə başlayıb.