Azərbaycanda fəaliyyət göstərən istehlakçıya 1,9 min manat maliyyə sanksiyası tətbiq edilib

25 Sentyabr 2010 18:41 (UTC+04:00)
Məlumat verildiyi kimi, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə "Murad İM" MMC barəsində İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Dövlət Xidmətində işə baxılıb və "Haqsız rəqabət haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərini pozduğuna görə, "Murad İM" MMC-yə 1,9 min manat maliyyə sanksiyası tətbiq edilib.

Bundan başqa, aparılan yoxlama zamanı qablaşdırılarkən üzərində istehsalçısı, tərkibi, saxlanma şəraiti və istehsal tarixi barədə məlumatlar düzgün göstərilmədiyinə görə satışı dayandırılıb, "Sevimli" adlı 1,5 ton məhsulun qablaşdırılması və markalanmasının qanunvericiliyin tələblərinə uyğunlaşdırılması, mənşəyi bəlli olmayan 1,3 ton noxud və noxud ləpəsinin satışının qadağan edilməsi, eləcə də üzərində istehlakçıları çaşdıran məlumatlar əks olunub 5580 ədəd qablaşdırma materiallarının məhv edilməsi barədə müəssisəyə icrası məcburi göstəriş verilib.