Gənc oğlanı elektrik cərəyanı vurdu

26 Avqust 2017 09:42 (UTC+04:00)

Bakıda gənc oğlanı elektrik cərəyanı vurub. SİA-nın verdiyi məlumata görə, bədbəxt hadisə Səbail rayonunda baş verib. Belə ki, 1988-ci il təvəllüdlü Elvin İsmayılov R.Rüstəmov küçəsində yaşadığı evdə iş görərkən ehtiyatsızlıqdan elektrik naqilinə toxunub. Nəticədə onu cərəyan vurub.

E.İsmayılov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin dəqiq təfərrüatları araşdırılır.