Millimizin rəqibləri müəyyənləşib

25 Sentyabr 2010 02:59 (UTC+04:00)
Bu gün İsveçrənin Nyon şəhərində futzal üzrə Avropa çempionatının ilkin və əsas seçmə mərhələlərinin püşkatma mərasimi keçirilib. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mübarizəyə əsas seçmə mərhələdən etibarən başlayacaq Azərbaycan milli komandası, püşkün nəticəsinə əsasən, 1-ci qrupda çıxış edəcək:
 
1-ci qrup
İspaniya
Azərbaycan
Qazaxıstan
İlkin seçmə mərhələnin D qrupunun qalibi
 
İlkin seçmə mərhələnin D qrupunda aşağıdakı komandalar mübarizə aparacaq:
Litva
Fransa
Bolqarıstan
Malta
 
Xatırladaq ki, millimizin çıxış edəcəyi 1-ci qrupun oyunları Bakıda keçiriləcək.