Röya Ayxan və Miri Yusif pulsuz konsert verəcək FOTO

24 Avqust 2017 09:38 (UTC+04:00)

Əməkdar artist Röya Ayxan və müğənni Miri Yusif sevənlərə xoş xəbər var. SİA-nın məlumatına görə, sənətçilər konsert verməyə hazırlaşır.

Sənətçilərin konserti avqustun 26-sı saat 20:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq. İfaçılar gecədə repertuarlarında olan sevilən mahnılarını səsləndirəcəklər.

Qeyd edək ki, konsertə giriş sərbəstdir.