Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorkda ABŞ-ın dövlət katibi Hillari Klintonla görüşüb. SİA-nın "Miliyyet" qəzetinə istinadən verdiyi xəbərə görə, görüş zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə mövzusu olub.
Danışıqlar zamanı, həmçinin Yaxın Şərqdəki vəziyyət, Əfqanıstandakı antiterror əməliyyatlarının hazırki vəziyyəti müzakirə olunduğu bildirilir.