ABŞ-da 33 nəfər xəsarət alıb

22 Avqust 2017 15:55 (UTC+04:00)

ABŞ-ın Filadelfiya şəhəri yaxınlığında dəmiryol stansiyasında iki qatarın toqquşması nəticəsində ən azı 33 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdiriliblər.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yerli hökumət orqanları zərərçəkmişlərdən dördünün vəziyyətinin ağır olduğunu bildirib.

Hazırda insidentlə bağlı araşdırma aparılır.