Heydər Əsədov sakinləri qəbul edəcək

21 Avqust 2017 12:03 (UTC+04:00)

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov 25 avqust tarixində Şəmkir rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinləri ilə görüşəcək. SİA-nın məlumatına görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Şəmkir Anchor Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-364-44-80) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.