Ramil Quliyev daha bir qızıl medal qazanıb!

21 Avqust 2017 02:20 (UTC+04:00)

Azərbaycanlı atlet Ramil Quliyev növbəti uğurunu qazanıb. Türkiyəni təmsil edən atletimiz dünya çempionluğunun ardınca Böyük Britaniyanın Birmingem şəhərində keçirilən "Brilliant Liqa" yarışında da qızıl medal qazanıb.

Sprinterimiz 200 metr məsafəyə qaçışda finiş xəttinə 20,17 saniyəyə çatıb. O, ən yaxın izləyicisini 0,09 saniyə qabaqlayıb.