Yığma komandamız Ümumdünya Şahmat Olimpiadasının III turunda qalib gəlib

24 Sentyabr 2010 19:32 (UTC+04:00)

Ümumdünya Şahmat Olimpiadasının II turunda Vyetnam yığmasına məğlub olan kişilərdən ibarət Azərbaycan yığma komandası III turda İBCA (Beynəlxalq Brayl Şahmat Assosiasiyası) üzərində qələbə qazanıb. SİA-nın məlumatına görə, Rusiyanın Xantı-Mansiysk şəhərində təşkil olunmuş yarışda komandamızın heyətində III turda Şəhriyar Məmmədyarov çıxış etməyib. O, bu turda istirahət edib. Komandamız 4:0 hesabı ilə tam üstünlük əldə edib.

Yuri Meşkov  - Teymur Rəcəbov 0:1
Sergey Krılov - Rauf Məmmədov 0:1
Oliver Mueller - Qədir Hüseynov 0:1
Sergey Vasin - Eltac Səfərli 0:1

Qadınlardan ibarət yığma komandamız isə bu turda ukraynalılara məğlub olub. Zeynəb və Türkan Məmmədyarovalar rəqiblə sülh bağlasalar da, Gülnar Məmmədova və Nərgiz Umudova məğlub olublar.

Katerina Laxno - Zeynəb Məmmədyarova 0,5:0,5
Natalya Jukova - Türkan Məmmədyarova 0,5:0,5
İnna Qaponenko - Gülnar Məmmədova 1:0
Mariya Mujiçuk - Nərgiz Umudova 1:0