Livan ordusu ABŞ silahlarını ələ keçirib

19 Avqust 2017 01:39 (UTC+04:00)

Livan əsgərləri “Nüsrə Cəbhə”sinin anbarına baxış keçirən zaman ABŞ istehsalı olan zenit və TOV adlı tank əleyhinə raketlər aşkar ediblər. Bu barədə “Röyter” məlumat yayıb. Belə ki, ordu qüvvələri bir neçə kənd və qəsəbələri nəzarətə götürdükdən sonra silahları ələ keçirib.

Qeyd edək ki, Suriya ilə sərhəddə yerləşən Ersal rayonunun azad edilməsi üçün hökumət qüvvələri 21 iyuldan bəri əməliyyatlara başlayıb.