İçərişəhərə həsr olunmuş kitab nəşr olunub

24 Sentyabr 2010 09:46 (UTC+04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti Azərbaycan paytaxtının ən diqqətəlayiq yerlərindən biri olan tarixi-memarlıq qoruğu İçərişəhərə həsr olunmuş kitab buraxıb. SİA-nın məlumatına görə, Azərbaycan və ingilis dillərində İçərişəhərin təsviri, eləcə də onun tarixi, buradakı tanınmış tikililər və abidələr haqqında bəhs edən kitab nəfis dizayna malikdir və suvenir nəşr kimi çap olunub.

Kitabda, həmçinin İçərişəhər haqqında "Azərmarka" tərəfindən bir qədər bundan əvvəl dövriyyəyə buraxılmış 12 marka və poçt bloku öz əksini tapıb. Burada hər bir markanın təsviri haqqında geniş izah da verilib.