Azərbaycan Güləş Federasiyası Semyon Çterevlə əməkdaşlığı bitirib

16 Avqust 2017 17:46 (UTC+04:00)

Azərbaycan Güləş Federasiyası müqavilə müddəti başa çatdığından qadın güləşi üzrə yığma komandanın baş məşqçisi Semyon Çterevlə əməkdaşlığı bitirib. SİA-nın məlumatına görə, bu səbəbdən, qadın güləşi üzrə yığmamız Parisdə keçiriləcək Dünya çempionatında böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çıxış edəcək.

Xatırladaq ki, bolqarıstanlı mütəxəssis 2014-cü ilin noyabrından etibarən qadın güləşi üzrə yığma komandaya rəhbərlik edirdi.