Qurudulmuş meyvələr və günəbaxan tumları dişlər üçün son dərəcə zərərlidir

13 Avqust 2017 03:36 (UTC+04:00)

Stomatoloqlar müəyyən ediblər ki, qurudulmuş meyvələr və günəbaxan tumları dişlərin sağlamlığı üçün son dərəcə zərərlidir. Belə ki, bu qidaların kiçik hissəcikləri dişlərin arasında qalır. Həmin qalıqlar bakteriyaların aktiv çoxalmasına ideal şərait yaradır və bu da diş minasını zədələyir.

Stomatoloqlar diş sağlamlığı üçün, həmçinin iris konfetlərindən uzaq durmağı məsləhət görürlər. Çünki bərk olan bu konfetlərdə həm də böyük miqdarda şəkər və müxtəlif konsentratlar var.

Mütəxəssislər qazlı içkilərin və çayın həddindən artıq içilməsinin də zərərli olduğunu bildirirlər. Bu içkilərin də diş minasını zədələdiyi, həssaslığını artırdığı qeyd edilir.