Türkiyədə fabrikdə partlayış olub

12 Avqust 2017 12:07 (UTC+04:00)

Türkiyənin Afyonkarahisar şəhərində fabrikdə partlayış baş verib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə şəhərin Sandıklı rayonunda qeydə alınıb.

Partlayışdan sonra güclü yanğın başlayıb. 3 nəfərin xəsarət aldığı bildirilir.