Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov iranlı həmkarı Manuçöhr Möttəki ilə görüşüb

23 Sentyabr 2010 19:38 (UTC+04:00)

Nyu-Yorka səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının XİN rəhbəri Manuçöhr Möttəki ilə görüş keçirib. XİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə gröə, görüş zamanı Azərbaycanın və İranın baş diplomatları iki ölkə arasındakı münasibətləri müzakirə edib və iqtisadi əməkdaşlığa dair fikir mübadiləsi aparıblar.

 

Tərəflər arasındakı söhbət zamanı regional məsələlər də diqqət mərkəzində olub.