"Azəriqaz": “Mövcud borclarını 30 sentyabr 2010-cu il saat 12:00-a qədər ödəməyən abonentlərin qazı kəsiləcək”

23 Sentyabr 2010 19:37 (UTC+04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İstehsalat Birliyi istehlakçılardan mövcud borclarının 30 sentyabr 2010-cu il saat 12:00-a qədər ödəmələrini xahiş edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əks tədqirdə borclu abonentlərin təbii qaz təminatı xəbərdarlıq edilmədən dayandırılacaq.