"Zirə"nin futbolçusu Kervan Belfor zədəsini sağaldıb. SİA-nın məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Rumıniya "Atra"sı ilə matçda zədə alan futbolçu artıq məşqlərini bərpa edib. Haiti millisinin üzvü Azərbaycan Premyer Liqasının ilk turunda "Zirə" ilə matçda komandasına kömək edə biləcək.
Qeyd edək ki, "Zirə" - "Səbail" oyunu avqustun 13-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək.