Hazırda Amerikada yaşayan keçmiş aparıcı Günel Musəvi gənc görünmək üçün kosmetik əməliyyat etdirənləri qınayıb. SİA-nn mməlumatına görə, aparıcı maraqlı fikirlər irəli sürüb: “İyunda 37 yaşımı qeyd etdim. Yaşımı gizlətmək kimi kompleksdən uzağam. Əksinə, Allahıma şükür edirəm ki, yaşlanıram, yaşayıram. İllər ötür, həyat davam edir. Son zamanlar müşahidə edirəm ki, qadınlar qocalmamaqdan ötrü üz və bədən dərisiniə gecə-gündüz salonlarda prosedurlar edirlər. Mezo, liftinq, adını belə çətinliklə çəkdiyim əməliyyatlar – dəriyə işgəncə verirlər.
Sözün düzü, belə qadınlara məyusluqla baxıram. Onlar cavanlıq eşqi ilə çırpınaraq daha pis günə düşürlər: süni və cansız kuklaya dönürlər. Halbuki, təbii qocalma prosesini izləmək gözəldir. Klişe olsa da, hər yaşın öz gözəlliyi var. Mən dəriyə qulluğun ən birinci tərafdarıyam, amma bunu təbii şəkildə etməyin lehinəyəm.
Misal üçün: maskalar, nəmləndirici kremlər, arada-sırada serumlar, hətta kosmetoloqa gedib massaj və ya orada professional üzün təmizlənməsinin tərafdarıyam. Buna baxmayaraq, dərk edirəm ki, qocalmanın qabağını heç nə ala bilməz... Bir də unutmayın, dünyada o qədər adam var, heç onlara qocalmaq belə qismət olmur. Gəlin qocalaq! Gəlin yaşlanaq! Gəlin həyatdan və onun qanunlarından qorxmayaq!”.