Gürcüstan Azərbaycanlıları Konqresinin saytı istifadəyə verilib

23 Sentyabr 2010 01:10 (UTC+04:00)

Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) internet saytı istifadəyə verilib. SİA-nın məlumatına görə, GAK-ın fəaliyyətini əsk etdirən saytla www.gak.ge ünvanında tanış olmaq mümkündür. Sayt hələlik 2 – Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Saytda GAK-ın təşkil etdiyi tədbirlər və layihələr barədə məlumatlar, fotoqalereya, videolar, təşkilatın nəşr etdirdiyi aylıq "Gürcüstan Azərbaycanlıları" qəzeti yer alıb.

Saytda həmçinin müxtəlif aktual mövzularla bağlı sorğular yerləşdiriləcək.