“Gəncə günləri”nə start verilib- FOTOSLAYD

23 Sentyabr 2010 00:19 (UTC+04:00)

Gəncənin 2504 illiyi ilə bağlı "Gəncə günləri" keçirilir. Bayram tədbirləri ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılan abidəsini ziyarət ilə başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, şənliklərin ilk günündə Milli Məclisin sədrinin müavini Valeh Ələsgərov, Gəncədə yeni fəaliyyətə başlayan Türkiyə konsulu Haluk Ağca, millət vəkilləri, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qonaqlar üçün şəhər gəzintisi təşkil olunub. Rəsmilər Cavad xanın qəbirüstü abidəsini və dahi Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.

Tədbirlərin birinci yarısı Gəncənin mərkəzində atların və dəvə karvanlarının carçəkmə mərasimi ilə başa çatıb. Şəhərin 4 müxtəlif istiqamətlərindən əhaliyə elan olunub ki, artıq Gəncə özünün 2504 yaşını qeyd edir.

Qeyd edək ki, günün ikinci yarısında Nizami Gəncəvinin abidə kompleksi önündə Gəncə Dövlət Dram Teatrının hazırladığı tamaşa oynanılıb.

Mircəlal Paşayevin xatirə kompleksində isə konsert proqramı təşkil olunacaq.