UEFA-nın vitse-prezidenti: “Düşünmək olarmı ki, küçədə kimsə kiminsə başını yaracaq və cəzalanmayacaq?”

22 Sentyabr 2010 22:47 (UTC+04:00)

"Azərbaycan-Türkiyə matçı qardaş ölkələr arasında bir futbol oyunu olacaq". SİA-nın məlumatına görə, bu sözləri UEFA-nın vitse-prezidenti Şenes Erzik deyib. O, Azərbaycanın futbol sahəsində son illərdə göstərdiyi inkişafı lap əvvəldən izlədiyini, bu inkişafda az da olsa əməyi olan insan kimi bununla fəxr etdiyini qeyd edib.

"Qazientepspor" - Bursaspor" maçında yan hakimin başına azarkeşlər tərəfindən vurulan əşya barədə danışan Ş.Erzik baş verənlərdə bir neçə ünsür olduğunu deyib: "Təhlükəsizlik tədbirləri və antişiddət qanunu nə qədər gec hazırlanarsa, belə hallar daha çox baş verəcək. Əgər günahkarlar həmin tribunalardaan çıxarılıb cəzalandırılmazlarsa belə halların qarşısı alına bilməyəcək. Düşünmək olarmı ki, küçədə kimsə kiminsə başını yaracaq və cəzalanmayacaq? Amma, tribunada bunu edən cəzasız qalır".