Rusiya və Polşa qaz barəsində yeni danışıqlara başlayıb

22 Sentyabr 2010 22:46 (UTC+04:00)
Polşa konserni PGNiG və "Qazprom" arasında Rusiya qazının Polşaya nəqli üçün yeni müqavilənin şərtləri barədə danışıqlara başlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Polşa bu il Rusiyadan 9 milyard kubmetr qaz təklifi ilə çıxış edib. 2011-ci il isə bu rəqəmin 9,3 milyard kubmetr olacağı, 2012 ci il isə bu rəqəmin 10 milyarda çatacağı güman edilir. Onu da qeyd edək ki, müqavilənin şərtlərinə geniş şəkildə diqqət yetirilir.