Ankarada adamları ildırım vurdu FOTO

4 Avqust 2017 13:32 (UTC+04:00)

Türkiyənin paytaxtı Ankarada ildırımla müşayiət olunan güclü yağış yağıb. SİA-nın məlumatına görə, şəhərin mərkəzi parklarının birində ildırım vurması nəticəsində bir neçə nəfər yaralanıb.

Yaralananlar arasında uşaqların da olduğu bildirilir.

Güclü ildırım park ərazisində bir ağacın qırılmasına da səbəb olub.