“SOCAR Methanol” MMC bu il 140 min tondan çox metanol istehsal edib.
SİA-nın məlumatına görə, MMC-dən bildirilib ki, “SOCAR Methanol”un idarəçiliyi altında olan metanol zavodu fəaliyyətini uğurla davam etdirməkdədir. Belə ki, Azərbaycanda yeganə metanol istehsalçısı olan zavod cari ilin yanvar-iyul aylarında 140 min tondan çox metanol istehsal edib.
“SOCAR Methanol” MMC metanol istehsalı əsasında SOCAR brendi altında “Made in Azerbaijan” markası ilə son istifadəçilər üçün nəzərdə tutulmuş yeni məhsulların yaxın gələcəkdə buraxılması üzərində tədqiqat işləri aparır.