“Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı” işıq üzü görüb

22 Sentyabr 2010 00:26 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tövsiyəsi ilə AMEA-nın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və Naxçıvan Muxtar respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Naxçıvan Muxtar Respublikasının Qırmızı kitabı" işıq üzü görüb. Kitabın tərtibçiləri AMEA-nın müxbir üzvü Tariyel Talıbov və biologiya elmləri doktoru Əliyar İbrahimovdur.

Kitaba muxtar respublika ərazisində bitən 200 nadir bitki daxil edilib. 678 səhifəlik kitab "Əcəmi" nəşriyat poliqrafiya birliyində çap edilib.