Azərbaycanda “arzuolunmaz şəxs” elan edilən rus diplomatı Ermənistanın sevimlisi olub

21 Sentyabr 2010 23:25 (UTC+04:00)

Ermənistan prezidenti Serj Sarkisyan Rusiya Dövlət Demasının deputatı, Ermənistan-Rusiya parlamentlərarası komissiyası həmsədrinin müavini Konstantin Zatulinin "Şərəf" ordeni ilə təltif edilməsi barədə fərman imzalayıb. SİA-nın verdiyi xəbərə görə, bu barədə məlumatı Ermənistanın dövlət başçısının mətbuat xidməti yayıb. Məlumatda deyilir ki, Konstantin Zatulin bu ordenlə Ermənistan və Rksiya arasındakı əməkdaşlığın dərinləşməsində, xalqlar arasındakı dostluğun möhkəmlənməsindəki töhfələrinə görə təltif edilib.

 

Qeyd edək ki, Konstantin Zatulin Azərbaycanın ərazi bütövlüyünə qarşı etdiyi hörmətsizliyə, işğal olunmuş ərazilərimizə qanunsuz səfərlər etdiyinə görə Azərbaycanda "arzuolunmaz şəxs" elan edilib.