Milli komandamız Almaniya və İspaniyada təlim-məşq toplanışı keçirəcək

21 Sentyabr 2010 23:20 (UTC+04:00)
Xəbər verdiyimiz kimi, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması oktyabrın 11-dən 16-dək Portuqaliyada Avropa çempionatının ilkin seçmə mərhələ oyunlarında iştirak edəcək. SİA-nın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, turnirə hazırlıq məqsədilə yığmamız sentyabrın 27-dən oktyabrın 1-dək Almaniyanın Frankfurt, oktyabrın 1-dən 9-dək isə İspaniyanın Xerez şəhərində təlim-məşq toplanışı keçirəcək.