Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir

21 Sentyabr 2010 19:08 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini sentyabrın 20-də saat 18.20-dən 18.45-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 09.25-dən 10.25-dək Daşkəsən rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 15.45-dən 16.15-dək və 20.20-dən 20.55-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.20-dən 23.30-dək Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 14.45-dən 15.10-dək, 18.45-dən 19.00-dək, 23.00-dan 23.35-dək və sentyabrın 21-də saat 00.40-dan 01.15-dək Tərtər rayonunun Seysulan, Çaylı və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.