Bakıda inzibati binada yanğın olub

27 İyul 2017 09:53 (UTC+04:00)

Bakıda yanğın qeydə alınıb.

SİA Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Bakı şəhəri, Pirallahı rayonunda ümumi sahəsi 55 m2 olan 2 otağlı inzibati binanın 1 otağında kondisioner yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 07:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.